Daşkənddə gömrük anbarında güclü partlayış baş verdibackend

Daşkənddə gömrük anbarında güclü partlayış baş verdi

Özbəkistanın paytaxtı Daşkənddə güclü partlayış baş verib.

KONKRET.az xəbər verir, Özbəkistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Quruvchilar ərazisində yerləşən anbarlardan birində partlayış və yanğın barədə məlumat daxil olub.

Bildirilir ki, hadisə yerinə 16 yanğınsöndürən və xilasetmə briqadası gəlib və səhər saat 5-də yanğın lokallaşdırılıb.

Məlumata görə , partlayış “İnter Logistics” şirkətinin anbarında baş verib.

Partlayış nəticəsində ölənlər olub, onların sayı barədə məlumat verilmir.

Özbəkistan Səhiyyə Nazirliyinin məlumatına görə, xəsarət alanların hamısı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Elmi Mərkəzinə yerləşdirilib.

Hadisə baş verən əraziyə Özbəkistanın baş naziri Abdulla Aripov və Daşkənd şəhərinin meri vəzifəsini icra edən Şavkat Umurzakov gəlib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*