“Arzulayıram ki heç bir müəllif sonra öz filmini izah etməyə məcbur olmasın”.
KONKRET.az “Ölkə.az”a istinadla xəbər verir ki, bu barədə aktyor Əlixan Rəcəbov sosial media hesabında yazıb.
Aktyor bildirib ki, “Sonuncu şam yeməyi” filmi bəzi izləyicilərin xətrinə dəyib: “Onlar məni və filmdə olan başqa insanları dinə lağ etməkdə ittiham edirlər. Əvvəla film din haqqında yox, xürafat haqqındadır, həm də insan ölümünün dəyərsizliyini göstərir və ya həyatının” .
Aktyor qeyd edib ki, narazılıqlara görə İlahiyyatçı Hacı Şahin Həsənli ilə də görüşüb: “Qeyd olunan məsələləri onunla da müzakirə etdik. O da din xadimi kimi bəzi iradlarını bildirdi və bu kimi məsələlərdə daha diqqətli olmağımızı tövsiyyə etdi. Əsil niyyətimiz nə olduğunu anladığını bildirdi. Hacıya da bizi qəbul etdiyinə görə təşəkkür etdik və gələcək işlərimizdə bu cür həssas mövzularda daha diqqətli olacağımızı bildirdik”.
