Doğdu və fırıldaqçılıqda ittiham olunaraq tutuldubackend

Doğdu və fırıldaqçılıqda ittiham olunaraq tutuldu

Sankt-Peterburqda Özbəkistandan olan və fırıldaqçılıqda ittiham olunan qadın mühafizə xidmətinin nəzarəti altında doğmalı olub.

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosunun xəbərinə görə, Özbəkistandan olan 27 yaşlı bir miqrant noyabrın 12-də Sankt-Peterburqun Malaya Balkanskaya küçəsindəki doğum evinə doğuş sancıları ilə daxil olub. Təcili yardım maşını onu Pulkovskaya küçəsindəki bir mənzildən götürübmüş.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Həkimlər yeni doğulmuş əcnəbi uşağın qeydiyyata alınması ilə bağlı polisə xəbər veriblər. Elə bu zaman məlum olub ki, qadın 22 dekabr 2018-ci ildən Özbəkistan Daxili İşlər Nazirliyinin tələbi ilə axtarışdadır. Vətənində qadın iriməbləğli fırıldaqçılıqda ittiham olunur, onu 10 ilə qədər həbs gözləyir.

Xəstəxanada polis postu qoyulub: xəstəxanadan buraxıldıqdan sonra gənc ana həbs olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*