Dövlət qulluqçularının şəxsi məlumatları İNTERNETƏ SIZDIbackend

Dövlət qulluqçularının şəxsi məlumatları İNTERNETƏ SIZDI

ABŞ-da dövlət qurumlarının 237 min əməkdaşının Nəqliyyat Departamentində saxlanılan şəxsi məlumatları internetə sızıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi departamentin Konqresə göndərdiyi məktuba istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu, dövlət qulluqçularının ezamiyyət xərclərinin bir hissəsini kompensasiya edən “TRANServe”in sistemlərinə təsir göstərib.

Məlumatların cinayət məqsədləri üçün istifadə edilib-edilmədiyi məlum deyil.

Bildirilib ki, təhlükəsizlik bərpa olunana qədər “TRANServe” sisteminə giriş dondurulub.

İnsidentlə bağlı araşdırma başlanıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*