BƏƏ-nin Vitse-prezidenti və Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum 2008-ci ildə yaradılmış “Palm Jebel Ali” süni adası üçün yeni yaşayış planını açıqlayıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, tviterdə yazıb.
Onun sözlərinə görə, adanın sahəsi “Palm Jumeirah”dan iki dəfə böyük, çimərliklərinin uzunluğu isə 110 km olacaq.
Bildirilib ki, “Jebel Ali” Dubai Palms inkişaf planına daxil edilmiş üç layihədən biridir. Ada villaları, premium yaşayış kompleksləri və kurortları ilə şəhərin simvoluna çevrilmiş “Jumeirah”dan təxminən 20 km cənubda yerləşir.
Qeyd edək ki, “Palm Jebel Ali” meqalayihəsinin tikintisinə 2002-ci ildə başlanılıb. Adada əsas infrastruktur işləri 2008-ci ilə qədər tamamlanıb. Lakin yüksək qiymət və şəhərin yaxın ərazilərində daşınmaz əmlaka tələbatın az olması səbəbindən layihədə işlər dayandırılıb.
İqbal Rzayev,
KONKRET.az
