Dünya Bankı Livana 500 milyon dollar kredit verəcəkbackend

Dünya Bankı Livana 500 milyon dollar kredit verəcək

“Dünya Bankı iqtisadi böhran səbəbiylə Livana 300 ilə 500 milyon dollar arasında kredit təklif etməyə hazırdır”.

KONKRET.azAnadolu”ya istinadən xəbər verir ki, bunu Dünya Bankının Yaxın Şərq və Şimali Afrika üzrə vitse-prezidenti Fərid Belhac Livanın Baş naziri Nəcib Mikati ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib:

“Baş nazir Mikati ilə müsbət görüşümüz oldu. Livan və Dünya Bankı arasında güclü əməkdaşlıq imkanlarından danışdıq. Dünya Bankı Livan hökumətinə və xalqına hər zaman dəstək olub”.

Kreditin yoxsulluq həddinin azaldılmasında xüsusilə əhəmiyyətli olacağını bildirən Belhac, vəsaitin davamlı kənd təsərrüfatı və qida sektoru ilə yanaşı, sosial xərclərdə də istifadə oluna biləcəyini bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*