2022-ci ildə müharibələr, zorakılıqlar və təbii fəlakətlər səbəbindən dünyada 71,1 milyon insan öz ölkələrində yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 20% çoxdur.
Məlumata görə, bir çox insan il ərzində bir dəfədən çox yaşayış yerini tərk etmək məcburiyyətində qalıb və 2022-ci ildə 60,9 milyon belə köçkün olub ki, bu da 2021-ci illə müqayisədə 60% çoxdur.
Yalnız müharibə və zorakılıq səbəbindən dünyanın 65 ölkəsində 62,5 milyondan çox insan məcburi köçkün vəziyyətinə düşüb ki, bu da bir il əvvəlkindən (28,3 milyon köçkün) 17% çoxdur.
Qeyd olunub ki, daşqın və quraqlıq kimi təbii fəlakətlər səbəbindən 88 ölkədə 8,7 milyon insan yaşayış yerini tərk edib ki, bu da 2021-ci illə müqayisədə (32,6 milyon köçkün) 45% çoxdur.
Ümumilikdə 2022-ci ildə məcburi köçkünlərin təxminən dörddə üçü on ölkədə (Ukrayna, Sudan, Suriya, Əfqanıstan, Konqo Demokratik Respublikası, Kolumbiya, Efiopiya, Yəmən, Nigeriya, Somali) yaşayır.
Hesablamalara görə, Ukraynada məcburi köçkünlərin sayı 5,914 milyon nəfər təşkil edib. Ölkə daxilində məcburi köçkünlərin sayına görə ikinci yerdə güclü daşqınlar səbəbindən 1 milyondan çox insanın evlərini tərk etmək məcburiyyətində qaldığı Pakistandır. Filippində isə təbii fəlakət və zorakılıqlar səbəbindən 630 mindən çox insan məcburi köçkün vəziyyətinə düşüb.
İqbal Rzayev,
KONKRET.az
