Dünyada münaqişə ocaqları yaratmaq kimlərə və niyə lazımdır? – Zərdüşt Əlizadə AÇIQLAYIRbackend

Dünyada münaqişə ocaqları yaratmaq kimlərə və niyə lazımdır? – Zərdüşt Əlizadə AÇIQLAYIR

Tacikistan və Qırğızıstan sərhədində baş verən hərbi toqquşmalar dünyanın diqqət mərkəzindədir. Bu toqquşmalarda kimlərin və niyə maraqlı olması isə xeyli maraq doğurur. Bu gün dünyanın bir çox yerlərində qaynar nöqtələrin olması isə bəşəriyyəti narahat etməyə bilməz. Bəs bu münaqişələri kimlər yaradır və səbəblər nədir?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyir ki, bu gün dünya ölkələrində və liderlərində siyasi mədəniyyət çatışmır: “Mədəni insanlar adətən mübahisəli məsələləri masa arxasında oturaraq həll edirlər. Məntiqlə yanaşan insanlar hər zaman müəyyən bir məsələdə öz qazanc və itkilərini düşünürlər. Amma dünyanın bir çox münaqişə ocaqlarında dövlət rəhbərləri məntiqə söykənməyərək addım atırlar. Bunu Rusiya-Ukrayna, Yunanıstan-Türkiyə, Qırğızıstan-Tacikistan arasında yaranan  gərginliyin timsalında görmək mümkündür. Bu gün dünyada silah alveri ilə bağlı açıq bazardır. Tacikistanda və Qırğızıstanda Rusiyanın hərbi bazası mövcuddur. Təbii ki, bu münaqişəyə Çinin də təsiri var. Xarici təsirləri düzgün qiymətləndirə bilməyən avtoritar Emomali Rahmon və yenicə həbsdən çıxaraq Prezident olan Sadır Japarov vəziyyəti düzgün qiymətləndirə bilmir. Onlar “güc məndədir” fikirini əldə bayraq edərək işğalçılıq planlarını həyata keçirmək  istəyirlər. Münaqişənin səbəbi isə olduqca bəsitdir”.

Zərdüşt Əlizadə: “Paşinyan müharibəni qəsdən uduzur”

Zərdüşt Əlizadənin sözlərinə görə, münaqişələri dinc yolla və qanunların gücü ilə həll etmək lazımdır: “Dünya gücləri nisbətən kiçik dövlətləri bir-biri ilə vuruşdurmaq və silah satmaq istəyir. Amma bu dövlətləri idarə edənlərin öz ağıl və düşüncəsi olmalıdır. Bu gün Ermənistanın Azərbaycana qarşı inadının səbəbi çox məntiqsizdir. Düşmən fikirləşir ki, Rusiyadan həyan olmasa da, Qərbə sığına bilər. Ona görə də ümid edir ki, arxasında hansısa güclü dövlət dayansa, Ermənistan Azərbaycana qalib gələcək. Lakin bu mümkün deyil. Türkiyə və Yunanıstan arasında münaqişə isə ABŞ və Qərbə lazımdır. Hərçənd hüquqi baxımdan Türkiyə də NATO üzvüdür. Amma onlar Yunanıstanın arxasında dayanaraq Afinanı müharibəyə təhrik edirlər. Məqsəd isə Türkiyəni zəiflətməkdir. Çünki Türkiyənin gücünü və nüfuzunu həzm edə bilmirlər”.

Politoloq əlavə edib ki, Ermənistanı Qərb dəstəkləsə də, Azərbaycanın arxasında Türkiyə kimi qardaş ölkə dayanır: “Rusiyanın nüfuzu isə həm Ermənistanda, həm də Azərbaycanda zəifləyir. Son nəticədə elə an çatacaq ki, Rusiyanın heç bir hörməti qalmayacaq. Böyük dövlətlər iki yolla kiçik ölkələrə təsir göstərə bilirlər. Birincisi Rusiyanın tutduğu hərbi yoldur. Amma Qərb ortaya nümunə qoyur. Ölkələr isə Avropa Birliyinə daxil olmaq və Qərb nümunəsini seçmək istəyirlər. Çünki bu nümunə dinc və normal yaşam nümunəsidir. Amma Rusiya hərbi yolu seçdiyindən hər kəs ondan qaçır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az    

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*