Mütəxəssislər araşdırmaq apararaq dünyanın ən bahalı yaxtasının qiymətini açıqlayıblar.
KONKRET.az xəbər verir ki, seçim Britaniyanın The Sun tabloidinin saytında dərc olunub.
Birinci yerdə amerikalı prodüser, kinostudiya rəhbəri və iş adamı David Geffenə məxsus “The Rising Sun” yaxtası qərarlaşıb. 2010-cu ildə bu, ona 200 milyon dollara başa gəlibsə, indi onun dəyəri 590 milyon dollara yüksəlib.
Qeyd olunur ki, gəminin göyərtəsində 18 qonağın və 55 ekipaj üzvünün yerləşə biləcəyi 82 kabin, həmçinin basketbol meydançası, şərab zirzəmisi, kinoteatr, helikopterin eniş meydançası, spa və üzgüçülük hovuzu var.
Nəşrin məlumatına görə, aktyor Leonardo Di Kaprio, teleaparıcı Opra Uinfri, aktrisa Culiya Roberts, rejissor Stiven Spilberq və ABŞ-ın keçmiş prezidenti Barak Obama da daxil olmaqla, bir çox məşhur insanlar yaxtaya baş çəkib.
Burhan,
KONKRET.az
