Eks-prezident Kərimovun qızını türmədən xəstəxanaya apardılarbackend

Eks-prezident Kərimovun qızını türmədən xəstəxanaya apardılar

Özbəkistanın birinci prezident İslam Kərimovun hazırda Daşkənd ətrafında həbsxanada olan qızı Gülnarə Kərimovanı səhhətinin pisləşməsi üzündən təcili yardım briqadası ilə klinikaya aparıblar.

Konkret.az xəbər verir ki, bu barədə onun vəkili Qrequar Manja öz Tvitter səhifəsində yazıb.

Vəkilin sözlərinə görə, o, altı saat ərzində Daşkənd vilayətinin Zəngiatinsk rayonunda yerləşən 1 saylı qadın koloniyasında saxlanan müvəkkili ilə görüş gözləyib, ancaq onların görüşməsinə imkan verməyiblər. Nəhayət o, bir neçə təcili yardım maşınının həbsxananı tərk etdiyini görüb.

Mötəbər mənbəyə istinad edən Manja bildirir ki, həmin maşınlardan birinin içində Gülnarə Kərimova olub. Vəkil dustaq qadının sağlıq durumu haqqında hər hansı bir bilgiyə malik olmadığını yazıb. Onun əldə etdiyi məlumata görə, Gülnarə Kərimovanın saxlandığı həbsxanada son həftələrdə iki qadın vəfat edib.

Xatırladaq ki, prezident atasının dövründə özünü Özbəkistanın birinci xanımı kimi aparan Gülnarə Kərimova diktatorun ölümündən sonra həbs edilib və 5 il müddətinə azadlıqdan məhrum olunub. Məhkəmə onu vergidən yayınmada, mənimsəmədə, dələduzluqda, ofşor şirkətlərinə dair sənədlərin məhvində ittiham edib.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*