Əməkdar məşqçi 13 yaşlı tələbəsini zorladıbackend

Əməkdar məşqçi 13 yaşlı tələbəsini zorladı

Sankt-Peterburqda hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiyanın 49 yaşlı əməkdar məşqçisini 13 yaşlı tələbəni zorladığına görə saxlayıblar.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, həmin şəxsə qarşı Cinayət Məcəlləsinin 135-ci maddəsi (“Azğın hərəkətlər”) ilə cinayət işi açılıb. O, həbs olunub.

Məlumata görə, idmançı məktəbdə bədən tərbiyəsi müəllimi işləyir, Rusiyanın əməkdar məşqçisi adına və idman nailiyyətlərinə görə bir çox başqa mükafatlara layiq görülüb. Bildirilir ki, yayda düşərgədə uşaqlara məşq keçərkən işıqlar sönəndən sonra məktəbli qızı zorlayıb.

Qeyd olunur ki, həmin şəxs öz mənzilində başqa bir qızı və Gelencikdəki sanatoriyada bir neçə uşağa da təcavüz edib.//Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*