Dünyanın ən aktiv turistləri - ABŞ vətəndaşları, ikinci – çİnlilər, üçüncü almanlar
423
Mastercard-ın açıqladığı nəticələrə görə, 2018-ci ildə ən aktiv səyahətçilər ABŞ vətəndaşları olublar. Onların ardınca çinlilər və almanlar gəlir. Ruslar doqquzuncudur.
Konkret.az Rusiya mediasına istinadla xəbər verir ki, Mastercard analitiklərinin hazırladığı «Global Destination Cities Index (GDCI): Origins» adlı hesabatda 2018-ci ildə hansı ölkənin vətəndaşlarının dünyanın 200 ən populyar şəhərini ziyarət etdiklərini müəyyən ediblər. Sakinləri ən çox səyahətə çıxan ölkələr bunlardır:
ABŞ
Çin
Almaniya
Böyük Britaniya
Fransa
Cənubi Koreya
Yaponiya
Kanada
Rusiya
Tayvan
Mastercard-ın göstəricilərinə əsasən, dünya üzrə səyahətə çıxanların 49,1 faizi bu ölkələrin payına düşür.
Паттайя вечером. Таиланд
Hesabat müəllifləri hansı ölkələrdən olan turistlərin əsasən hansı ölkələrə getdiklərini araşdırıblar. Məlum olub ki, ruslar ən çox Türkiyə, Tayland və Tunisə gedir, bu ölkələrdə isə daha çox Antalya, Patayya və Pxuketdə dinclərilər.
2018-ci ildə amerikalılar ən çox Meksikaya, Kanadaya və İtaliayaya gediblər.
Çinlilər daha çox Tayland, Yaponiya və ABŞ-i ziyarət ediblər.
Alman turistlər isə İtaliya, İspaniya və Avstriyada qonaq olublar.