Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Niderlandın Baş naziri Mark Rutte ilə telefonla danışığı aparıb.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı iki ölkə arasında əlaqələr və NATO-nun yeni baş katibinin müəyyənləşdirilməsi prosesi müzakirə edilib.
Ərdoğan Türkiyənin yeni baş katibdən gözləntilərini NATO Baş Katibliyinə namizəd olan Ruttenin diqqətinə çatdırıb.