Ərdoğan: “Türkiyənin Rusiya ilə münasibətləri ABŞ-la müqayisədə daha yaxşı və əhəmiyyətlidir”backend

Ərdoğan: "Türkiyənin Rusiya ilə münasibətləri ABŞ-la müqayisədə daha yaxşı və əhəmiyyətlidir”

“Türkiyənin Rusiya ilə münasibətləri ABŞ-dan heç də az əhəmiyyət kəsb etmir”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə prezidenti müxalifətin Rusiyaya və onun prezidenti Vladimir Putinə “hücum” etməsinə icazə verməyəcəyini açıqlayıb.

Ərdoğan İstanbulda çıxışı zamanı Rusiyanın Türkiyədəki seçkilərə müdaxilə etdiyini ideyən müxalifət lideri Kamal Kılıçdaroğluna cavab verib:

“Sən (Kılıçdaroğlu – red) Putinə hücum edəndə icazə verməyəcəm. Siz dövləti idarə etməyin nə demək olduğunu başa düşməyəcəksiniz”, – deyə Ərdoğan vurğulayıb. O, həmçinin qeyd edib ki, Türkiyənin Rusiya ilə münasibətləri ABŞ-la müqayisədə daha yaxşı və əhəmiyyətlidir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*