Ərdoğan və Putin razılaşdı: “150 saat ərzində…”backend

Ərdoğan və Putin razılaşdı: "150 saat ərzində..."

Türkiyə və Rusiya Prezidentlərinin bu gün keçirdiyi Soçi görüşməsinin nəticələri açıqlanıb.

Yenicag.az xəbər verir ki, görüş 6 saata qədər davam edib.

Görüşdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:

” Tarixi bir razılaşmaya imza atdıq. 23 oktyabrdan başlayaraq 150 saat ərzində bölgədəki bütün YPG terrorçuları ərazidən çıxarılacaq. 150 saatın sonunda Türkiyə-Rusiya patrolları 10 km dərinlikdə birgə tətbiqata başlayacaq”.

“Türkiyə Prezidentinə dəvəti qəbul edib gəldiyi üçün təşəkkür edirəm. Fərat çayının şərqi barədə müzakirələr aparmaq üçün geniş heyətlə buraya gəldi. Cənab Ərdoğan Türkiyənin məqsədləri barədə bizi məlumatlandırdı. Biz Türkiyənin milli təhlükəsizliyi ilə bağlı atdığı addımları anlayışla qarşılayırıq. Bizə görə, bölücü ünsürlər və anlaşmazlıqlar sünii şəkildə böyüdülürdü. Önəmli olan İŞİD kimi terror ünsürlərinin bu vəziyyətdən istifadə etməməsidir” – deyə, Rusiya Prezidenti Vladimir Putin görüş barədə açıqlama verib.

“Bu günki görüşmədə əsas müzakirə mövzusu Suriya idi. Suriyada sabit vəziyyətin bərqərar edilməsi üçün ciddi səylər göstərdik. Bundan sonra da daha yaxşı nəticələr üçün çalışacağıq. Həm rus dostlarımızın narahatlıqlarını aradan qaldırmaq, həm də bölgədə təhlükəsizliyi təmin etmək üçün çalışmalarımızı davam etdirəcəyik. Suriyadakı fəaliyyətimiz barədə Putinə geniş məlumat verdim. Əməliyyatlarımızda əsas məqsəd PKK/YPG terrorçularını bölgədən çıxarmaq və miqrantları oraya geri qaytarmaqdır. Heç bir halda Suriyanın ərazi bütövlüyündə gözümüz yoxdur. Bir müddətdir terrorla mübarizə apran Suriya Türkiyənin səyləri ilə yenidən normal vəziyyətə qayıtdı. Bunu Suriyanın digər bölgələrinə də yaymaq istəyirik. Beynəlxalq dəstək ilə buna nail olacağıq” – deyə, Ərdoğan bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*