Erməni polkovnik 6 milyon rubl rüşvət aldığına görə həbs edildibackend

Erməni polkovnik 6 milyon rubl rüşvət aldığına görə həbs edildi

Ermənistan polisi hərbi polis polkovnikinin saxtakarlığını üzə çıxarıb. Cinayət Təhqiqatı Baş İdarəsinin əməkdaşları Rusiya hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılıq ittihamı ilə axtarılan Ermənistan vətəndaşını istintaqdan yayındırmaqla gizlətmək üçün Ermənistan Hərbi Polisi zabitinə rüşvət verməsi barədə əməliyyat məlumatı alıblar.

Görülən tədbirlər nəticəsində İrəvanda axtarışda olan şəxsin yeri müəyyən edilərək həbs edilib. O, hərbi polis polkovnikinə təqribən 6000.000 rubl pul rüşvət verdiyini söyləyib. Açılan cinayət işinin istintaqı nəticəsində məlum olub ki, hərbi polis polkovniki xidməti səlahiyyətlərindən sui-istifadə edərək tanışının oğlunun Ermənistana gəlişindən sonra xidməti vəzifələrini yerinə yetirməyərək onu məsuliyyətə cəlb etməyib.

Polkovnikin axtarışda olan gəncə vətəndaşlıq vermək üçün atasından 6.000.000 rubl məbləğində rüşvət aldığı istintaq orqanları tərəfindən sübut olunub.

Faktla bağlı digər cinayət-axtarış tədbirləri davam etdirilir.

Natiq Səlim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*