Səsvermənin üçüncü turunda Bolqarıstanın 50-ci Milli Assambleyasının (Parlament) sədri vəzifəsinə “Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı Uğrunda” partiya blokundan və Demokratik Qüvvələr İttifaqından deputat Raya Nazaryan seçilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, onun namizədliyini 131 deputat dəstəkləyib, 66 deputat əleyhinə, 39 deputat isə bitərəf qalıb.
Onun əsas rəqibi, Dirçəliş partiyasının nümayəndəsi Petar Petrov 54 deputatın səsini toplayıb. Ümumilikdə parlament sədri vəzifəsinə dörd siyasi birliyin namizədləri irəli sürülüb. Bolqarıstan parlamentində spiker seçkiləri iki gün davam edib. Xalq Məclisi sədrinin müavinlərinin seçkiləri müzakirəsiz keçib.
Qeyd edək ki, iyunun 9-da Bolqarıstanda Xalq Məclisinin yeni tərkibi seçilib və iyunun 19-da deputatlar öz vəzifələrini icra etməyə başlayıblar.
Natiq Səlim,
KONKRET.az