Ermənilərin ciddi xəsarət yetirdiyi azərbaycanlıya bu qız yardım etdi! — FOTOLARbackend

Ermənilərin ciddi xəsarət yetirdiyi azərbaycanlıya bu qız yardım etdi! — FOTOLAR

Azərbaycanlılar Los-Ancellesdə ermənilərə qarşı mitinqə çıxanda İrina da ora gəlib.

KONKRET.az xəbər verir ki, İrina Sklyarenko Los-Ancelesdə yaşayır. Azərbaycanlılar ermənilərə qarşı mitinqə çıxanda İrina da ora gəlib. Erməni tərəfindən ciddi xəsarət alan azərbaycanlını xəstəxanaya aparıb sığorta xərclərini ödəyib. Düzdü daha sonra başqa bir soydaşımız onun borcunu qaytarıb.

İrina o meydana sadəcə dost olduğu üçün gəlib. Hamı kimi şüar səsləndirib. Axıra kimi də vəhşi erməni kütləsinin qarşısında tab gətirib. 50 nəfər azərbaycanlıya 3000 vəhşi erməni ordusu hücum edəndə bizim yanımızda olub.

Xahiş edirik, bu qəşəng qıza sevginizi bildirin.

Qeyd edək ki, Los-Ancelesdə yaşayan erməni daşnakları 21 iyulda Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun binasını əhatəyə alaraq, ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər. Ancaq onların gözləmədikləri halda, Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri yüzlərlə erməninin qarşısına çıxaraq, onların bu təxribatına mane olublar.

Ermənilərin fitnəkarlığı nəticəsində biri qadın olmaqla, yeddi nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlardan dördü xəstəxanaya aparılıb.(365.az)

  • Zamina Elturan
    İyul 26, 2020 - 16:26

    Spasibo,İroçka.Day Boq Vam zdarovye.

Zamina Elturan üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*