backend

Ermənilərin xilaskarı gəlir - ŞƏRH

 

Surxay Atakişiyev

Azərbaycan folkloru çox zəngindir. Hər bir hadisəyə, hər bir baxış bucağına aid ən azı 3-4 atalar sözü və yaxud aforizmlər var. Götürək elə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini.

Bu problemdə qarşı tərəf üçün atalarımız çox gözəl sözlər deyib, Məsələn, “Qonşuya ümid olan gecə şamsız qalar”, “İt ağac kölgəsində yatır, elə bilir ki, öz kölgəsidir” və yaxud “Özgə atına minən tez düşər” və sair…

Bəlkə də bu aforizmlər bizə bədnam qonşumuzu daha yaxından və dərindən tanımağa imkan verib. Biz erməniləri özlərindən də yaxşı tanıyırıq.Tanıdığımız üçün də onlara hər zaman zavallı kimi baxmışıq. Onların kimlərin əlində oyuncaq olduğunu görmüşük, qonşuluq borcu olaraq bu həqiqətləri zaman-zaman onlara da xatırlatmışıq. Amma nə yazıq ki, qonşularımız heç zaman bizim dediklərimizi eşitməyib. Ona görə də harda və hansı şəraitdə yaşamalarından asılı olmayaraq qaraçı kimi, qorxa-qorxa yaşayıblar.

Tək bir faktı deyim. 30 ilə yaxındır Dağlıq Qarabağ və ətraf ərazilər erməni işğalçılarının nəzarətindədir. 30 il az vaxt deyil. Necə deyərlər, bir igidin ömrüdür. Amma di gəl ki, bu 30 ildə ermənilər Şuşada, Xankəndində daş üstünə daş qoymayıblar. Hələ Laçını, Kəlbəcəri, Qubadlını demirəm.

Çünki ermənilər dillərinə gətirməsə də, içlərində bilirlər ki, bu torpaqlar azərbaycanlılarındır. Gec-tez torpaq sahibi də gəlib çıxacaq. Ona görə də qədim-qayım Azərbaycan torpaqlarında qaraçı kimi yaşayırlar. Son 30 ildə erməni diasporu Liviyadan, Suriyadan və daha haralardan erməni ailələrini məcburi şəkildə Qarabağ ərazilərinə yerləşdirmək istəyir. Amma bu addım də digər ağılsız və məntiqsiz layihələr kimi fiaskoya uğradı. Bu yerdə yenə Azərbaycan məntiqi köməyə çatır: “Bir torpağı əkib-becərmiyəcəksənsə onu qorumağa dəyməz”. Ulu Dədə Qorqudun bu hikmətli sözləri nə yazıq ki, erməni ideoloqlarının qulaqlarına çatmır. Çatmadığı üçün də bu ideoloqlar erməni xalqını daha dərin bataqlığa, cəngəlliklərə çəkirlər.

Qəribə burasındadır ki, bütün zamanlarda ermənilərin ideoloqları uzaq və yaxın xarici ölkələrdə yaşayıb. Onlar öləndə belə Ermənistanda dəfn olunmaq istəməyiblər. İndi sual edirəm, Böyük Ermənistan xülyası ilə insanların beyinlərini zəhərləyən, onların isti ocağına soyuq su səpən ideoloqlar nəyə görə Ermənistanda ölmək istəmirlər. Hələ yaşamaqlarını demirəm. Amma di gəl dünyanı sevgiləri və istedadları ilə heyran edən Lütvi-zadə, Müslüm Maqomayev və daha neçə-neçə azərbaycanlının ən son arzusu Azərbaycanda dəfn olunmaq oldu.

Deməli, erməni ideoloqlarının korporativ maraqları xalqlarına və dövlətlərini sevgidən daha öndə durub. Onların “sevgisi” əslində bir oğulun ata-anasını qocalar evinə atmağına və ildə, ayda bir dəfə onlara sovqat göndərməsinə bənzəyir. Bu həqiqəti sadə erməni xalqı da çox gözəl bilir. Lakin bu həqiqəti radikal millətçilərin qorxusundan dilə gətirə bilmirlər. Erməni ideoloqlarına gəldikdə isə bir məqamı xatırlatmaq istəyirəm. Ermənilər çox karyerapərəst olurlar. Çünki ömürləri boyu qaraçı həyatı yaşadıqları üçün nə doyunca çörək yeyiblər, nə də insan kimi gün görüblər. Ona görə də ermənilərlə qaraçıların eyni soydan olduqları söylənilir.

Normal yaşam tərzi görməyən və dünya malına sonsuz aludəçilik erməniləri məcburiyyən karyerapərəst edib. İstədikləri karyeraya çatmaq üçünsə onlar istənilən yola gedirlər. Bunu yaşlı soydaşlarımız çox yaxşı bilirlər. Təbii ki, hər hansı vəzifə və yaxud mənsəb adamlara elə-belə verilmir. Verilən mənsəblər isə öhdəliklər, qurbanlar tələb edir.

Zaman-zaman erməni diasporunun liderləri də karyeraları üçün bilərəkdən və yaxud bilməyərəkdən kimlərin və yaxud hansısa dövlətlərin türklər demiş maşasına çevriliblər. İndi tez-tez deyirik ki, Fransa, Rusiya və hətta ABŞ erməniləri dəstəkləyir. Əslində biz bunu başqa cür ifadə etməliyik. Yəni –”Ermənilər böyük dövlətlərin maşasıdır”.

ABŞ, Avropa və Rusiya hər zaman öz maraqları üçün ermənilərdən bəhrələniblər. Onlardan zaman-zaman Türkiyəyə, İrana, İraqa, Suriyaya, Azərbaycana və daha neçə-neçə dövlətlərə qarşı istifadə ediblər. Və bu gün də bu siyasət davam edir. Amma nə yazıq ki, erməni xalqı bu həqiqəti uzun illərdir ki, görmür və yaxud görməzlikdən gəlir. 30 ildir Dağlıq Qarabağ ermənilərin nəzarəti altındadır. Bəs elə isə ABŞ, Avropa və Rusiya Dağlıq Qarabağın suvernliyini niyə tanımır?

Hə bax burda torbadakı pişik yada düşür. Deməli, bu dövlətləri “zavallı” ermənilərin taleyi qətiyyən maraqlandırmır. Çünki o dövlətlərə Avropa ilə Asiyanın qovşagında və Türkiyə kimi böyük dövlətin qonşuluğunda “qaynar toçka” lazımdır. Bu işdə isə ən yaxşı maşa Ermənistandır. Ermənistanı isə idarə etməyin ən yaxşı yolu xaricdəki karyerapərəst ermənilərdir.

Bəli, bu gün xaricdəki ermənilər Ermənistan dövlətini uçuruma sürükləyir. Ölkə iqtisadi böhranın məngənəsində boğulur. İşsizlik baş alıb gedir. Kasıb və işsiz ermənilər bir qarın çörək üçün baş alıb xarici dövlətlərə gedirlər. Bir yandan da son günlərdə Dağlıq Qarabağda baş verənlər.

Artıq heç bir erməni mənasız yerə ölmək istəmir. Amma neyniyəsən ki, ölkədə ciddi hərbi vəziyyətdir. Kişilərin ölkədən çıxışına qadağalar qoyulub.Hər gün ölkəyə onlarla meyit gəlir. Bir sözlə, Ermənistan addım-addım bataqlığa sürüklənir.

Vəziyyət nə qədər çətin olsa da, çıxılmaz deyil .Bunun üçün erməni xalqı ətrafda baş verənlərə bir qədər ayıq gözlə baxmalı, reallıqlarla barışmalıdır.

Birincisi, ermənilər nəhayətdə başa düşməlidirlər ki, ən yaxın qonşu, ən uzaq qohumdan irəlidir. Ermənilər istəsələr də, istəmələr də Azərbaycanla dinc qonşuluq şəraitində yaşamaq məcburiyyətindədirlər. Əks-təqdirdə “qonşun pisdirsə, köç qurtar”.

İkincisi, Ermənistanın çiçəklənməsi və inkişafı ABŞ, Avropa və Rusiyadan yox, Azərbaycan və Türkiyə ilə dinc qonşuluqdan keçir. Azərbaycanla sülh şəraitində yaşayacağı təqdirdə Ermənistan da Azərbaycanın moderator olduğu tranzit layihələrin və nəqliyyat dəhlizlərinin iştirakçısına çevrilə bilər. Bu hesaba da tranzit daşımalardan Ermənistan külli miqdarda vəsait əldə edər. Nəticədə Ermənistan da axır ki, müstəqil və inkişaf edən ölkəyə çevrilə bilər. Bununla da bir dövlət kimi Ermənistan böyük dövlətlərin süfrə artığından və erməni diasporunun ianələrindən qurtulmuş olar.

Ermənilər nəhayət  onu da dərk etməlidirlər ki, onları müharibəyə, yeni ərazilər “fəth etməyə” təhrik edən Qərb özü Avropa İttifaqı deyilən bir çətir altında birləşir. Bunun üçün Fransa, Almaniya və İtaliya kimi dövlətlər bir çox milli dəyərlərindən belə imtina edirlər. Bəs onda Avropadakı erməni başbilənləri nəyə görə bu reallığı görmür, dərk eləmir?…

Yəqin ki, görür və başa düşürlər. Ancaq maşa olduqları üçün həqiqəti deməyə qorxurlar. Qorxurlar ki, maşalıqdan çıxdıqları gün var-dövlətləri də əllərindən çıxa. Ona görə də istər Ermənistandakı, istərsə də Dağlıq Qarabağdakı ermənilər nəhayətdə ayılmalı böyük dövlətlərin maşası olan “miilətçi” erməni diasporunun təsiri altından çıxmalıdırlar.

Əslində artıq bu proses başlayıb. Bütün təzyiqlərə və təqiblərə baxmayaraq, bir-çox sadə ermənilər Azərbaycana nicat yolu kimi baxırlar. Ötən günlərdə erməni sosial şəbəkələrində Xankəndində yaşayan yaşlı bir qadının evinin eyvanından Azərbaycanca “Xoş gəldiniz” yazısını asması böyük əks-səda və maraq doğurmuşdu. Hələ Talış kəndindəki yaşlı erməni qadınının Azərbaycan əsgərinə “Evinizə xoş gəldiniz” söyləməsini demirəm. Bütün bunlar onu göstərir ki, sadə ermənilər artıq həqiqəti dilə gətirməkdən çəkinmirlər. Çünki Ermənistanın və Dağlıq Qarabağdakı ermənilərin xilaskarı nə Qərb, nə ABŞ, nə də Rusiyadır. Bu xilaskar müstəqil və qüdrətli Azərbaycan dövlətidir. Ona görə də deyirəm: Ermənilər gözünüz aydın, xilaskarınız gəlir. Bu xilaskar müzəffər Azərbaycan Ordusu və onun Alil Baş Komandanı İlham Əliyevdir.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*