“Ermənistan Azərbaycana silah satışını təkcə biznes işi hesab etmir”backend

"Ermənistan Azərbaycana silah satışını təkcə biznes işi hesab etmir"

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlətlərin Azərbaycana silah satışını sadəcə biznes kimi görmür. KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnaçakanyan “Mənim addımım” fraksiyasının deputatı Tiqran Karapetyanın sualına cavab olaraq bəyan edib.

“Bu məsələ həm parlamentdə, həm də hökumət səviyyəsində daima müzakirələrimizin gündəmindədir. Bizim yanaşmamızı bilirsiniz, biz buna bir biznes işi kimi yanaşmırıq. Bu, xalqımıza yönəlmiş bir silahdır və əlbəttə ki, bu məsələyə həssaslıq olduqca yüksəkdir”, – deyə Mnaçakanyan vurğulayıb.

Qeyd edək ki, 11 iyun 2018-ci ildə Ermənistana məlum olub ki, Belarus Polonezi Azərbaycana təhvil verib. İyunun 11-də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Müdafiə Nazirliyinin anti-ballistik raketdən müdafiə bölməsinin açılış mərasimində iştirak edib və Belarus silahları Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilmiş fotoşəkillərdə görünüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*