“Ermənistan hakimiyyəti Akdağ dağını Azərbaycanın tam nəzarətinə vermək niyyətindədir” – FOTObackend

"Ermənistan hakimiyyəti Akdağ dağını Azərbaycanın tam nəzarətinə vermək niyyətindədir" - FOTO

“Ermənistan hakimiyyəti Akdağ dağını (Azərbaycan ərazisi, Pelasar dağı – red.) Azərbaycanın tam nəzarətinə vermək niyyətindədir”.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bunu “Hayastan” blokunun deputatı Anna Qriqoryan deyib.

Daha sonra o, Qafan rayonunun bir neçə kəndinin də Azərbaycana təhvil veriləcəyini bildirib.

“Bu baş verərsə, Kafan rayonunun bir neçə kəndi Azərbaycan Silahlı Qüvvələrinin birbaşa nəzarəti altında qalacaq. Əslində, Azərbaycanın artıq təxribat təşkil etməsinə ehtiyacı yoxdur, Ermənistan hakimiyyəti istədiyi hər şeyi ona verməyə və müqavimət göstərməməyə hazırdır “, – deyə Qriqoryan qeyd edib.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*