Ermənistan yüksək texnologiyalar sahəsində İraqla danışıqlara başlayacaq. Konkre.az-ın Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, artıq Ermənistan tərəfi təkliflərini İraqın planşaldırma naziri Nuri Sabah Həmid Abtan Əl-Düleymiyə təqdim edib. Ermənistanın İraqdakı səfiri Qraçya Poladyan erməni hökumətinin bu sahədə əldə etdiyi nailiyyətlərdən danışaraq daha məqbul qiymətlərlə yüksək texnologiyaların İraqa satışını təklif edib. Danışıqlarda qarşılıqlı investisiyaların cəlb olunması məqsədilə mütamadi görüşlərin keçirilməsi məqsədəuyğun sayılıb.