Ermənistan müdafiə xərclərini 125% artırıb.
KONKRET.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan 2024-cü ildə Ermənistanın müdafiə büdcəsinin 309 milyard dram (772 milyon dollar) artırılacağını bəyan edib.
“Müdafiə büdcəsinin 309 milyard dram artımını xüsusilə qeyd etmək istərdim. Bu, 2018-ci ilin müdafiə büdcəsindən 125% çoxdur. Orduda islahatların aparılması bizim üçün vacibdir. Eyni zamanda qeyd etmək istərdim ki, müdafiə büdcəsinin artırılması bizim elan etdiyimiz “sülh gündəliyi”nə zidd deyil”, – Paşinyan bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
