Ermənistan müxalifəti planlaşdırdığı mitinqi LƏĞV ETDİbackend

Ermənistan müxalifəti planlaşdırdığı mitinqi LƏĞV ETDİ

Ermənistan müxalifəti saat 19:00-da Respublika Meydanında keçiriləcək mitinqi təxirə salıb.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, müxalifət potensialını humanitar fəlakətin aradan qaldırılmasına yönəltmək niyyətində olduğu üçün belə qərar verib.

“Bir çox soydaşlarımız kimi Milli Komitə də öz tərəfdarları və üzv təşkilatlarının potensialı ilə öz imkanları daxilində humanitar fəlakətin aradan qaldırılması işini həyata keçirmişdir”, – müxalifətin  bəyanatında deyilir.

Milli Komitə həmçinin baş nazir Nikol Paşinyanın və onun komandasının hakimiyyətdən uzaqlaşdırılmasında qərarlı olduğlarını bir daha təsdiq edir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*