Rusiya ordusu Dneprdə dəmir yolu vağzalını vurdu: 13 ölübackend

Rusiya ordusu Dneprdə dəmir yolu vağzalını vurdu: 13 ölü

Rusiya ordusu Dneprdə (Ukrayna) dəmir yolu vağzalına reaktiv dronla zərbə endirib.

KONKRET.az xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyası məlumat yayıb.

Hücum nəticəsində 13 nəfər ölüb, ən azı 5 isə nəfər yaralanıb.

Məlumata görə, zərbə vağzalın platformalarından birinə dəyib və həmin vaxt orada Dnepr – Zaporojye marşrutu üzrə hərəkət edən 866 nömrəli elektrik qatarı olub.

Elan edilmiş yüksək təhlükə səviyyəsinə baxmayaraq, platformada insanlar olub.

Xilasedicilər, tibb işçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*