Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sentyabrın 18-24-də BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Mirzoyan ilə BMT rəsmiləri arasında bir sıra görüşlər keçiriləcək.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti də Nyu-Yorka yola düşüb.Nazirlərin görüşünün planlaşdırılıb-planlaşdırılmadığı barədə məlumat verilmir.
Qeyd edək ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında sonuncu görüş iyun ayında Vaşinqtonda baş tutmuşdu. Üç günlük danışıqlardan sonra İrəvan və Bakının sülh müqaviləsi layihəsinin daha bir neçə maddəsi üzrə razılığa gəldiyi açıqlandı.
Ariz Həsənoğlu,
KONKRET.az