Ermənistana Qarabağdan 68 mindən çox insan gəlib – Bağdasaryanbackend

Ermənistana Qarabağdan 68 mindən çox insan gəlib - Bağdasaryan

Sentyabrın 28-i saat 08:00-a olan məlumata görə, Qarabağdan könüllü şəkildə 68 386 nəfər Ermənistana gəlib.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan deyib.

Belə ki, son bir neçə saat ərzində ölkəyə gələn vətəndaşların sayı 3 min nəfəri keçib.

Bağdasaryan daha əvvəl qeyd etmişdi ki, vətəndaşlar Həkəri çayı üzərindəki körpüdən yoxlamadan keçirlər, bundan sonra onlar Qoris və Vaykda yerləşən mərkəzlərdə qeydiyyata alınırlar.

Qarabağdan insanların Ermənistana getməsi Rusiya sülhməramlı kontingenti ilə razılaşdırılmaqla həyata keçirilir.

Baş nazir Nikol Paşinyan bildirmişdi ki, Ermənistan Qarabağdan könüllü gələn 40 minə yaxın ailəni qəbul etməyə hazırdır.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*