Ermənistanda etirazlar zamanı saxlanılanların sayı 200-ə yaxındır – İşxan Saqatelyanbackend

Ermənistanda etirazlar zamanı saxlanılanların sayı 200-ə yaxındır - İşxan Saqatelyan

Polis zorakılığına baxmayaraq, paytaxtda və bölgələrdə itaətsizlik aksiyaları davam edir.

KONKRET.az xəbər verir ki, bunu “Ermənistan” blokundan olan deputat İşxan Saqatelyan bildirib.

Onun sözlərinə görə, bu vaxta qədər 200-ə yaxın adam nəzarətə götürülüb. Onların hüquqlarını qorumaqla müxalifətçi deputatlar və vəkillər məşğul olur.

Qeyd edək ki, bəzi müxalifət qüvvələrinin çağırışı ilə sentyabrın 25-i səhər saatlarından başlayaraq, əsasən, İrəvanın mərkəzində bir sıra küçələr bağlanıb.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*