“Ermənistanın KTMT-dən çıxması məsələsi ilə bağlı parlamentdə dinləmələr keçiriləcək” – “Hraparak”backend

"Ermənistanın KTMT-dən çıxması məsələsi ilə bağlı parlamentdə dinləmələr keçiriləcək" - “Hraparak

Ermənistan parlamentində ölkənin KTMT-dən çıxması məsələsi ilə bağlı dinləmələr keçiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Bildirilir ki, oktyabrın 21-də “KTMT-dən Çıxma Assosiasiyası” təşəbbüs qrupu Ermənistan parlamentinin spikeri Alen Simonyana müraciət göndəriblər. Müraciətdə “Ermənistanın təhlükəsizlik məsələləri” mövzusunda parlament dinləmələrinin, xüsusən də Ermənistanın KTMT-dən çıxması tələbi barədə ictimaiyyətin müzakirəsinin təşkili təklifi əksini tapıb.

“Müraciət xarici əlaqələr, müdafiə və təhlükəsizlik, dövlət-hüquq məsələləri, regional və Avrasiya inteqrasiyası, insan hüquqlarının müdafiəsi və ictimai məsələlər daimi komissiyalarının rəhbərlərinə də ünvanlanıb.

Müraciətin əsaslandırmasında qeyd olunur: “Bu gün Ermənistan vətəndaşlarını ən çox təhlükəsizlik və müttəfiqlik münasibətlərinin cari və gələcək baxışı narahat edir. Ona görə də biz bu müzakirəni zəruri hesab edirik”, – nəşr qeyd edir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*