Əsas namizəd Xamneyinin oğludur – “Blomberg”dən İDDİAbackend

Əsas namizəd Xamneyinin oğludur – “Blomberg”dən İDDİA

İbrahim Rəisinin ölümündən sonra ABŞ-də İranın siyasətində hansı dəyişikliyin ola biləcəyi ehtimalı müzakirə olunur.

KONKRET.az xəbər verir ki, “Bloomberg” nəşri mövzu ilə bağlı məqalə dərc edib.

Məqalə müəllifi yazıb ki, İbrahim Rəisinin ölümü Yaxın Şərqin ən nüfuzlu ölkələrindən birinin bundan sonrakı taleyinin necə olacağı sualını gündəmə gətirir. O, rəsmi Tehranın siyasətində ciddi dəyişikliyin olmayacağını ifadə edib.

Müəllif daha sonra İranın ali lideri Ayətullah Seyid Əli Xamneyinin oğlu Müctəbanı Rəisinin ölümündən sonra atasının yerinə əsas namizəd adlandırıb. Qeyd edilir ki, mərhum prezident İbrahim Rəisi son bir neçə ildə ali lider postuna potensial namizəd hesab olunurdu.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*