Estoniya Rusiyaya görə NATO-ya müraciət edəcəkbackend

Estoniya Rusiyaya görə NATO-ya müraciət edəcək

“Estoniya hakimiyyəti Rusiyanın GPS peyk naviqasiya sistemindən gələn siqnalları dayandırması ilə əlaqədar Avropa İttifaqı və NATO-ya müraciət etmək niyyətindədir”.

KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg nəşri yazıb.

Estoniyanın xarici işlər naziri Marqus Çahkna bildirib ki, bu, həyatımızı riskə atan və hibrid hücum hesab edilən, qəsdən törədilmiş hərəkətdir.

O, problemi Finlandiya, Latviya, Litva və İsveçdən olan həmkarları ilə müzakirə edib. Nazir vəziyyəti çox təhlükəli hal kimi qiymətləndirib.

Xatırladaq ki, Polşa və İsveç səlahiyyətliləri pilotlara və gəmi kapitanlarına bölgədə GPS-lə bağlı problemlər barədə xəbərdarlıq etmişdilər.

Bir gün əvvəl “Finnair” GPS sistemindəki problemlərə görə Estoniyanın Tartu şəhərinə uçuşları bir ay müddətinə dayandırmışdı. Ötən həftə iki reys Tartuya yaxınlaşmaqda maneələrə görə Helsinkiyə qayıtmağa məcbur olub.

Yeri gəlmişkən, 2023-cü ilin avqustundan 2024-cü ilin mart ayının sonuna qədər Baltik dənizi regionunda GPS siqnalının tıxanması və ya kəsilməsi hallarının sayı həftədə 50-dən 350-yə qədər artıb.

Hələ mart ayında Rusiya Böyük Britaniyanın müdafiə naziri Qrant Şappsı daşıyan Britaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin GPS siqnalını pozmaqda şübhəli bilinirdi. Həmin hadisədə peyklərlə əlaqə təxminən 30 dəqiqə kəsilib, bu səbəbdən pilotlar alternativ naviqasiya sistemlərindən istifadə etməli olublar.

Bu ilin əvvəlində Estoniya Müdafiə Qüvvələrinin komandanı general Martin Herem peyk naviqasiya sisteminə müdaxilənin Rusiyanın hərəkətləri ilə bağlı ola biləcəyini etiraf edib. Heremin fikrincə, Moskva NATO ilə potensial hərbi toqquşma riski fonunda buna əl ata bilər.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*