“Eurovision” iştirakçısını polis axtarır – VİDEObackend

“Eurovision” iştirakçısını polis axtarır - VİDEO

Ötən ilin əvvəlində Bolqarıstandan olan Intelligent Music Project qrupu “Eurovision 2022” yarışması üçün mahnı və klipini təqdim edib.

KONKRET.az-ın xarici mediaya istinadla məlumatına görə, yanvarın 16-da məlum olub ki, kollektivin lideri – çilili Ronni Romeronu hüquq-mühafizə orqanlarının axtarışdadır.

Musiqiçinin onun keçmiş sevgilisinə hədə-qorxu gəlməsi ilə bağlı işinə baxılacaq məhkəmə iclasına gəlmədiyindən axtarışa verildiyi bildirilir.

2021-ci ildə Ronniyə keçmiş sevgilisinə 500 metrdən yaxın yaxınlaşmaq və onunla ünsiyyət qurmaq qadağan edilib. Eyni zamanda, özü də iddia edir ki, keçmiş sevgilisi onun reputasiyasını ləkələmək istəyir və onun ittihamları yalandır.

İki ildir ki, Ronni Romero başqa bir qızla görüşür, onlar Rumıniyada birlikdə yaşayırlar.

Qeyd edək ki, “Eurovision” bu il İtaliyanın Turin şəhərində keçiriləcək.

Hazırda müsabiqəyə üç ölkədən müraciətlər daxil olub: bunu ilk elan edən Bolqarıstan, Çexiya və Albaniyadır./Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*