Eyyub Yaqubov konsertini təxirə saldıbackend

Eyyub Yaqubov konsertini təxirə saldı

Xalq artisti Eyyub Yaqubovun Türkiyədəki zəlzələ səbəbindən Bakıdakı konserti təxirə düşüb.

KONKRET.az “axşam.az”a istinadən xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb:

“Bu çətin zamanda soydaşlarımızın acısını paylaşaraq vəfat edənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Acınız acımızdır Türkiyə”.

O bildirib ki, 15-16 fevral tarixlərində Heydər Əliyev Mərkəzində planlaşdırılan konsert martın 25-i və 26-sında keçiriləcək.

Satılmış bütün biletlər mart ayı üçün etibarlıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*