Rusiya təbii qazı üçün Türkiyədə enerji bazasının yaradılması razılaşdırıldı.
KONKRET.az “Hürriyyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.
O, Rusiya təbii qazı üçün enerji bazasının yaradılması planı ilə bağlı prinsipial razılığın əldə edildiyini və Türkiyənin də üzərinə düşəni etdiyini açıqlayıb:
“Prinsipcə, danışıqlarda razılıq əldə olunub. Əvvəlcə öz tərəfimizdəki işi bitirməliyik”.
İqbal Rzayev,
KONKRET.az
