Fələstin Dövlətinin tanınması ilkin şərt olarsa, Səudiyyə Ərəbistanı ilə İsrail arasında sülh razılaşması “mümkünsüz” ola bilər.
KONKRET.az xəbər verir ki, bunu ABŞ-ın sabiq dövlət katibi Mayk Pompeo bildirib.
Pompeo Donald Trampın dövründə İsrail və Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş və Bəhreyn arasında münasibətləri normallaşdıran İbrahim razılaşmalarının təşkilinə kömək edib.
Pompeonun sözlərinə görə, hər bir Amerika prezidenti münasibətlərin normallaşdırılmasına dair razılaşmanı dəstəkləyəcək – istər demokrat, istərsə də respublikaçı.
O, ABŞ və Səudiyyə Ərəbistanı, İsrail ilə Səudiyyə Ərəbistanı arasında təhlükəsizlik əlaqələrinin olmasının Amerikanın marağında olduğunu bildirib.
“Respublikaçı prezidentlə sülhə nail olmaq daha asan olardı, çünki o, regionda sülhə ən böyük təhlükənin İran olduğunu anlayır”, – Pompeo deyib.
O, İbrahim razılaşmasının İsraili Amerikanın regionda əsas demokratik müttəfiqi kimi görməsi, eləcə də İranı terrorizmin aparıcı dövləti və bütün digər ölkələr üçün əsas təhlükə kimi tanımasını izah edirdi.
“Biz İranı təcrid etdikdə, bölgə daha dinc və firavan olacaq”, – Pompeo əlavə edib.
Ariz Həsənoğlu,
KONKRET.az
