Azərbaycanın birgünlük antiterror tədbirlərindən sonra regionda geosiyasi vəziyyət kökündən dəyişib. Artıq dünyanın aparıcı informasiya vasitələrinin gündəmini zəbt edən Azərbaycanın Qarabağ zəfəri bir tarixdir.
KONKRET.az xəbər verir ki, ABŞ-ın “Forbes” jurnalı yazır ki, “Azərbaycanın başa çatdırdığı uzunmüddətli münaqişə ocağı artıq tarixin yaddaşına gedib və Azərbaycanın bu uğuru türk layihəsinin başa çatmasına böyük təkan verdi.
Qarabağdakı münaqişə regional toqquşmadan kənara çıxaraq qlobal toqquşmalara, güclərin geosiyasi balansına və ölkələr arasında münasibətlərə təsir göstərə bilər. Qarabağa kim nəzarət edirsə, o, potensial olaraq sərhədin bu həssas hissəsində üstünlük qazanır.
Nəşr yazır ki, “Münaqişənin açarı Zəngəzur dəhlizidir və bu, Orta Asiyanın türk respublikalarını Azərbaycan üzərindən Türkiyə ilə birləşdirən, İpək Yolunu yeniləyən uzun Şimal-Cənub marşrutunun son mərhələsinə çevrilə bilər”.
Vəli Həsənov,
KONKRET.az