Fransa 2027-ci ildə BƏƏ silahlı qüvvələrinə “Rafale” qırıcıları tədarük etməyə başlayacaq.
KONKRET.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekorn özünün “X” sosial hesabında yazıb: “ İstresdə (Fransanın cənub-şərqində yerləşən şəhər.) həmkarım Məhəmməd Mübarək Fadel əl-Mazrui ilə BƏƏ silahlı qüvvələri üçün istehsal olunan ilk “Rafale”yə baxış keçirdik. Bu, 2027-ci ildə tərəfdaşlarımızın sifariş etdiyi 80 “Rafale” qırıcısının təhvil verilməsindən əvvəl ilk sınaq rolunu oynayacaq”. Xatırladaq ki, müqaviləyə əsasən Birləşmiş Ərəb Əmirlikləri Fransadan 80 “Rafale” qırıcısı alacaq.
Vəli Həsənoğlu,
KONKRET.az