“Fransa bütün dünyada rüsvay oldu. Paris öz qoşunlarını Afrikadan çıxardıqdan sonra biabırçı duruma düşüb”.
KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Telegram kanalında deyib.
“Fransızlar təkcə Malidən deyil, digər Afrika ölkələrindən də gediblər. Bu, bütün dünya üçün utancverici idi”.
Zaxarovanın sözlərinə görə, “Moldovada hərbi missiya açmaq idman zalında əzələlərinizi əymək və Rusiya sərhədlərinin perimetri boyunca kəşfiyyat fəaliyyətini həyata keçirmək üsuludur. Sanki Ukraynadan onlara Fransa raketi gəlməyəcək”, – diplomat istehza ilə bildirib.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Kişinyovda daimi müdafiə missiyasının tezliklə açılacağını açıqlamışdı. Dövlət başçısı bu qərarı Moldovanın suverenliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə birgə tədbirlərin mərhələlərindən biri adlandırıb.
Burhan,
KONKRET.az

Fransa ordusunu cixartdi…bu biabirciliqdir, amma rus ordusunu yeridir, bu biabirciliq deyil…ne “edalətli” mentiqiniz var!?