Fransa keçmiş prezident Sarkozinin “Liviya pulu” işi üzrə mühakimə olunmasını TƏLƏB EDİRbackend

Fransa keçmiş prezident Sarkozinin "Liviya pulu" işi üzrə mühakimə olunmasını TƏLƏB EDİR

Fransa prokurorluğu Sarkozinin “Liviya pulu” işi üzrə mühakimə olunmasını tələb edib.

KONKRET.az xəbər verir ki, bu barədə “France 24” məlumat yayıb.

Fransa Milli Maliyyə Prokurorluğu (PNF) keçmiş prezident Nikola Sarkozinin Liviya hakimiyyəti tərəfindən 2007-ci il seçki kampaniyasının mümkün maliyyələşdirilməsi ilə bağlı mühakimə olunmasını tələb edib.

Sarkozi “passiv korrupsiyada”, seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsində və dövlət vəsaitlərinin mənimsənilməsini gizlətməkdə ittiham olunurdu.

Prokurorların sözlərinə görə, o və daha 12 nəfər Liviya lideri Müəmmar Qəddafidən milyonlarla avro maliyyə alıb. Şübhəlilər arasında keçmiş daxili işlər naziri Klod Gehan və Fransanın keçmiş büdcə naziri Erik Vert də var.

Xatırladaq ki, Sarkozi 2007-2012-ci illərdə Fransa prezidenti olub. Onun kampaniyasının Liviya hakimiyyəti tərəfindən maliyyələşdirilməsi ilə bağlı işin istintaqı 2013-cü ildə başlayıb.

Fransız əsilli Livanlı iş adamı Ziyad Takiddin Qəddafinin Sarkoziyə 50 milyon avro verdiyini deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*