“Fransa Kişinyovda daimi müdafiə missiyası açacaq” – Makronbackend

"Fransa Kişinyovda daimi müdafiə missiyası açacaq" - Makron

“Fransa yaxın aylarda Kişinyovda daimi müdafiə missiyası açacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Moldova prezidenti Maya Sandu ilə Parisdə keçirdiyi birgə mətbuat konfransında bildirib:

“Yaxın aylarda Kişinyovda daimi müdafiə missiyasının açılması bizə təhsil, təlim və silahlı qüvvələrimizin qarşılıqlı fəaliyyət göstərməsi baxımından əməkdaşlığımızı gücləndirmək üçün daha səmərəli işləməyə imkan verəcək”.

Makron Sanduya Moldovanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini ifadə edib. Hər iki lider həmçinin Rusiyanı Dnestryanıdan qoşunlarını çıxarmağa çağırıb.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*