“Fransa polisi müdaxilə etmədi, tibbi yardım da vaxtında gəlmədi” – Ermənilərin hücum etdiyi türklər – FOTOLARbackend

“Fransa polisi müdaxilə etmədi, tibbi yardım da vaxtında gəlmədi” - Ermənilərin hücum etdiyi türklər - FOTOLAR

Fransada ermənilərin Qarabağdakı hadisələrlə bağlı etirazlarında yaralanan türk əsilli Fransa vətəndaşı bildirib ki, yerli polis hadisəyə müdaxilə etməyib.

“Anadolu” agentliyinə danışan Mehmet Coşğun ermənilərin Türkiyə bayrağını yandırmaq istədiyini deyib:

“Beş-altı nəfər idik. Ermənilər Türkiyə bayrağını yandırmasınlar deyə onların yanına getdik”.

M.Coşğunun sözlərinə görə, ermənilər atasını, qardaşını və onu döyüblər, amma buna baxmayaraq, nə yaxınlıqda olan Fransa polisi müdaxilə edib, nə də tibbi yardım vaxtında gəlib.

M.Çoşğun özü atası və qardaşını xəstəxanaya aparıb. O, ağır yaralanan qardaşının xəstəxanada müalicə olunduğunu deyir.

Xatırladaq ki, dünən 300-400 erməni etirazçı Fransanın İzel şəhərində magistral yolu bağlayıb, işə gedən türk əsilli Fransa vətəndaşlarına hücum ediblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*