Fransa sakini siqaret qutusunun üstündəki şəkildə öz kəsilmiş ayağını görübbackend

Fransa sakini siqaret qutusunun üstündəki şəkildə öz kəsilmiş ayağını görüb

Avropa Birliyində, Fransada maraqlı hadisə baş verib.

Mets şəhərinin 60 yaşlı alban əsilli sakini ölkədə satılan siqaret qutularının üzərində amputasiya edilmiş ayağının şəklinin əks olunduğunu görüb. Fransız sakin buna görə razılıq vermədiyini bildirərək, “France Bleu” radiostansiyasına verdiyi müsahibədə həmin siqareti istehsal edən şirkəti məhkəməyə verəcəyini söyləyib.

Hekayə həmin şəxsin oğlunun 2018-ci ildə Lüksemburqda tənbəki qutusunu alması zamanı ortay çıxıb. Alıcı üzərində “Siqaret çəkmək sizin arteriyalarınızın sıxılmasına səbəb olur” deyə yazılan qutunun üstündə verilən şəkildə ayağın çapıqlarından atasına məxsus olduğunu bilib.

Zərərçəkənin vəkili Antuan Fittant Avropa Birliyində bu cür hadisənin AB-də verməsini şokedici və heyrətamiz adlandırıb. Çünki şəxsin ayağının kəsilməsinin siqaretlə heç bir əlaqəsi olayıb. Həmin adam bədən üzvünün bir hissəsini 1997-ci ildə ona edilən hücum zamanı itirib.

Foto siqaret qutularında görünməzdən 2 ay öncə bəhs olunan adam ayaq protezi düzəldilməsi üçün Mets şəhərindəki hərbi hospitala gedibmiş. Orada onun bir neçə fotoşəklini çəkiblər.

“Mənim müştərim indi özünü aldadılmış, ləyaqəti tapdalanmış hiss edir. Çünki o, əlilliyini siqaret qutularında, tütün mağazalarında izləməyə məcbur olur. Bu isə olduqca xoşagəlməz haldır”,-deyə vəkil bildirib.

Vəkil buna görə Avropa Komissiyasına da müraciət edib. Çünki məhz həmin komissiya Avropa İttifaqı daxilində satılan bütün siqaret qutularında bu cür rəsmlərin qoyulmasına cavabdehlik daşıyır.

Ən maraqlısı isə qutudakı ayağın sahibinin ömür boyu siqaret çəkməməsinin ortaya çıxmasıdır.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*