Fransada 12 yaşlı qızın öldürülməsi mühacirlərə qarşı düşmənçiliyə səbəb oldu – FOTObackend

Fransada 12 yaşlı qızın öldürülməsi mühacirlərə qarşı düşmənçiliyə səbəb oldu - FOTO

Fransada cəsədi çamadanda tapılan Lolanın qətlində əsas şübhəlinin Əlcəzairli qadın olması ölkədə mühacirlərə qarşı münasibəti dəyişib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, 12 yaşlı qızın meyitinin çamadanda tapılması parisliləri şoka salıb.

Məlumata görə, şübhəlinin Əlcəzairli qadın olması ölkədə mühacirlərə qarşı düşmənçiliyə səbəb olub.

Qeyd edək ki, 12 yaşlı Lolanın meyiti yaşadığı mənzilin qarşısında şəffaf plastik qutuda aşkar edilib.

Onun əl-ayağı bağlı olub. Aparılan araşdırma nəticəsində onun boğularaq öldüyü müəyyən edilib.

Qadının kimliyi mənzildəki təhlükəsizlik kamerasının görüntülərindən müəyyən edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*