Fransada futbolçu Fələstinə dəstək videosu yaydığına görə həbs edilibbackend

Fransada futbolçu Fələstinə dəstək videosu yaydığına görə həbs edilib

Sosial şəbəkələrdə Fələstinə dəstək videosu yayımlayan əlcəzairli “Nitsa”nın müdafiəçisi Youssef Atal Fransa polisi tərəfindən həbs edilib.

KONKRET.az xarici mediaya istinadən  xəbər verir ki, oktyabrın 26-da Fransa Liqa 1 müdafiəçiyə qarşı sanksiya tətbiq edib. Futbolçu ölkə çempionatının yeddi oyununa diskvalifikasiya olunub. Bundan əvvəl Nitsa Atalı növbəti xəbərdarlığa qədər məşqdən uzaqlaşdırmışdı.

Oktyabrın 15-də Atal bir vaizin “yəhudilər üçün qara gün” çağırışının videosunu yerləşdirdiyinə görə üzr istəyib və onu silib. İdmançı bildirib ki, onun bu hərəkəti bəzi insanları şoka sala bilər, lakin onun məqsədi bu deyil.

Atal 2018-ci ildən “Nitsa”da çıxış edir. Onun Əlcəzair millisinin heyətində 29 oyunda 2 qolu var.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*