Fransanın keçmiş daxili işlər naziri həbs edildibackend

Fransanın keçmiş daxili işlər naziri həbs edildi

Fransanın keçmiş daxili işlər naziri Klod Qehan bir il müddətinə azadlıqdan məhrum edilib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Europe 1” radiostansiyası məlumat yayıb.

Qeyd edilir ki, bir aydan artıqdır ki, Parisin cənubundakı həbsxanada saxlanılan 77 yaşlı Qehanla bağlı qərar qeyri-qanuni mükafatların ödənilməsi işi üzrə çıxarılan hökmdən sonra verilib.

Bundan əlavə, Qehan 75 min avro cərimə ödəməli olacaq. Onun 5 il dövlət vəzifəsində çalışması da qadağan edilib.

İstintaqın məlumatına görə, siyasətçi qanunsuz olaraq özünə və nazirliyin digər əməkdaşlarına aylıq mükafatlar yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*