Futbolçunun maşınını yandırdılarbackend

Futbolçunun maşınını yandırdılar

Braziliya çempionatında yüksək liqadan düşən “Santos”un azarkeşləri komandanın hücumçusu Stiven Mendozanın avtomobilini yandırıblar.

KONKRET.az “Globo”ya istinadən xəbər verir ki, hadisə “Santos”un çempionatın son turunda “Fortaleza”ya məğlub olduğu (1:2) matçdan sonra baş verib.

Baş verən iğtişaşlarda stadionun yaxınlığında bir neçə avtomobil və avtobus yanıb. Hadisə yerinə helikopterlər və hərbi polis cəlb edilib.

Xatırladaq ki, dünya futbolunun əfsanəsi Pelenin klubu kimi tanınan “Santos” mövsümü 17-ci pillədə başa vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*