Gədəbəydə meyit tapılıb.
KONKRET.az xəbər verir ki, hadisə rayonun Slavyanka kəndində qeydə alınıb.
Kənd ərazisində Mingəçevir şəhər sakini olan Nahid adlı şəxsin meyiti tapılıb. Meyit müayinə olunmaq üçün Məhkəmə – Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.
Məlumata görə, həmin şəxs bir ay əvvəl itkin düşüb.//APA
