Gələn il pensiyaların məbləği bu qədər olacaq – Nazirdən açıqlamabackend

Gələn il pensiyaların məbləği bu qədər olacaq - Nazirdən açıqlama

“Gələn il ölkədə əmək pensiyalarının orta aylıq məbləğinin 16 faiz artmaqla 293 manata çatması proqnozlaşdırılır”.

KONKRET.AZ xəbər verir ki, bunu oktyabrın 15-də Prezident İlham Əliyevin yanında iqtisadi müşavirədəki çıxışında Əmək və Əhalinin Müdafiəsi naziri Sahil Babayev bildirib.

Minimum əmək pensiyasının 200 manata çatdırıldığını vurğulayan S. Babayev qeyd edib ki, bununla da ölkəmiz minimum pensiyanın alıcılıq qabiliyyəti indeksi üzrə MDB məkanında birinci yerdədir. Orta aylıq pensiyanın alıcılıq qabiliyyəti indeksi üzrə isə ölkəmiz MDB məkanında ilk ikilikdə qərarlaşa bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*