TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada ittiham olunur.
KONKRET.az xəbər verir ki, NOCOMMENT.az-a mənbələrdən daxil olan məlumata görə, TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın direktoru Barat Yusubov tərəfindən təyin olunmuş yeni Daxili Mühafizə rəisi Novruzov Bəxtiyar Əhmədxan oğlu və daha 2 mühafizəçi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Saxlanılan digər 2 mühafizəçi müəyyən dindirilmələrdən sonra sərbəst buraxılıb. İlkin versiyalara görə, mühafizə rəisi klinikaya daxil olan firmalardan və vətəndaşlardan qeyri-qanuni şəkildə pul almaqda ittiham olunur. Mənbə qeyd edir ki, bu mühafizə rəisi Klinikanın direktoru Barat Yusubovun qohumudur.