Gömrüyə aid neqativ fakt istəmirdilər? Bu da həmin fakt…backend

Gömrüyə aid neqativ fakt istəmirdilər? Bu da həmin fakt...

Son həftələr Gömrük Komitəsinin fəaliyyətindən narazılıqlar artıb. Sahibkarlar öz narazılıqlarını rəsmi və çoxtirajlı qəzet və saytlarda dərc etdirə bilməsələr də, bu kimi materiallar aztirajlı qəzetlərə və hələ çox adamın tanımadığı saytlara yol tapır.

Ona görə ki, aztirajı sayt və qəzetlər DGK-nın inhisarında deyillər və komitə onlarla bu və digər şəkildə əməkdaşlıq etmir. Rəsmi, böyük qəzet və saytlar isə DGK ilə rəsmi və qeyri-rəsmi müqavilələr bağlayıblar, əməkdaşlıq edirlər, ona görə də Gömrük Komitəsinin işi haqqında neqativ informasiyalara, yazılara yer vermirlər.

Bu isə demək deyildir ki, DGK-nın yeni rəhbərliyinin vaxtında komitə işçiləri “aydan arı, sudan duru” fəaliyyət göstərirlər və indiyədək olan bütün neqativ hallar keçmişdə qalıb.

Düzdür, DGK-nın hazırkı sədri Səfər Mehdiyev vəzifəsinin icrasına yeni başladığı vaxtlarda komitənin fəaliyyətində irəliyə doğru mühüm dəyişikliklər olmuşdu, amma bunun davamlı olmadığı aydın olur.

S.Mehdiyev özü də bir neçə dəfə jurnalistlər qarşısında çıxış edərkən demişdi ki, gömrüyün fəaliyyətinə dair bir neqativ fakt göstərilsə belə, vəzifəsindən istefa verəcək.

Artıq ard-arda DGK-nın fəaliyyətinə dair neqativ faktlar, yuxarıda dediyimiz kimi, o qədər də tanınmayan saytların səhifəsinə çıxır.

Məsələn, ölkəyə kafel-melaq gətirən rəqib şirkətlərdən biri fərq edib ki, onun rəqibi bir neçə yüz min manat məbləğində materialı gömrük rüsumundan yayındırmaq məqsədilə gömrük postunda bəyan etməyib və sonradan bazarda daha ucuz mal təklif etmək imkanı qazanaraq, haqsız rəqabət yaradıb.

Bu işin üstü belə açılıb: İrandan göndərilən əmtəə, tutaq ki, 100 manatlıq olub və bu ölkənin gömrük xidmətində bu cür sənədləşdirilib. Azərbaycanda isə həmin əmtəə 70 manatlıq mal kimi sənədləşdirilib. Bu, həm xeyli vəsaitin dövlət büdcəsindən yayındırılması, həm də bazarda qeyri-sağlam mühitin yaradılması deməkdir. Beləliklə, “sayıq gömrükçü”lərin hesabına dövlət büdəcindən maddi vəsait yayındıran şəxslər rəqiblərinin də cibinə girib, onların biznesinə badalaq vurublar.

Əslində isə bu adi neqativ hal deyil, əməlli-başlı cinayət hadisəsidir. Çünki dövlət büdcəsindən oğurlanan vəsait həddindən artıq çoxdur, güzəşt ediləsi həcmdə deyil.

İndi DGK rəhbərliyi bu neqativ fakta münasibət bildirməlidir. Həm də bu münasibət ənənəvi qaydada şikayətçi sahibkarların “neprav” çıxarılması janrında olmamalıdır, konkret tədbirlər görülməlidir.

 

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*